İsrail qırıcıları Livan və Qəzza zolağında 150-yə yaxın hədəfə zərbə endirib

13:14 - 31 Oktyabr 2024 - DÜNYA

 Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Livan və Qəzza zolağında təxminən 150 hədəfə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Livan ərazisindəki hava hücumlarının hədəfləri "Hizbullah"ın, Qəzzada isə radikal Fələstinin HƏMAS hərəkatının infrastrukturuna zərbələr endirilib.

Zərbələr silah anbarları, raket buraxılış qurğuları, müşahidə mövqeləri, komanda məntəqələri və digər hərbi infrastruktur obyektlərini hədəf alıb.

Xəbər xətti