İlon Mask məhkəməyə çağrıldı

13:43 - 31 Oktyabr 2024 - DÜNYA

İlon Mask seçicilər arasında 1 milyon dollarlıq lotereya ilə bağlı verdiyi ifadəyə görə məhkəməyə çağırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Agentlik yazır ki, hüquq-mühafizə orqanları belə bir təşəbbüsü Pensilvaniya sakinlərini şəxsi məlumatlarını paylaşmağa təşviq edən, bununla da federal qanunu pozan “qanunsuz lotereya” hesab edir.

Xatırladaq ki, Mask bundan əvvəl siyasi əhəmiyyətli ştatlarda qeydə alınmış seçicilərin sayını artırmaq üçün 1 milyon dollar verəcəyini bildirmişdi.
Məbləği ABŞ Konstitusiyasına Birinci və İkinci Düzəlişləri dəstəkləyən sənədi imzalayanlar alacaq, bir şərtlə ki, imzalayanlar konkret ştatlarda qeydə alınmış seçicilər olsunlar.

Xəbər xətti