İsrailin strateji planlaşdırma naziri Ron Dermer Ağ Evdə keçirilən görüşdə ABŞ prezidenti Donald Trampa Qəzza şəhərinin işğalı planından danışıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Axios portalı mənbələrə istinadən məlumat yayıb.
Görüşdə Dermer və Trampdan başqa, Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyr, Trampın kürəkəni Cared Kuşner, ABŞ dövlət katibi Marko Rubio, vitse-prezident J.D.Vens və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
Mənbələrin məlumatına görə, Dermer iclas iştirakçılarına bildirib ki, İsrail Qəzzanı uzun müddət işğal etmək istəmir, lakin şəhəri idarə etmək üçün radikal Fələstinin HƏMAS hərəkatına “məqbul alternativ” lazımdır.