Əfqanıstanda avtobus qəzası nəticəsində 25 nəfər ölüb

00:32 - 28 Avqust 2025 - DÜNYA

Əfqanıstanda avtobusun Kabil yaxınlığındakı magistral yolda qəzaya uğraması nəticəsində azı 25 nəfər ölüb

Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 27-də “Dawn” qəzeti məlumat yayıb.

Qəzada avtobus sürücüsünün günahkar olduğu məlum olub. Maşın magistral yolda aşıb.

Qeyd olunur ki, 25 nəfər həlak olub, 27 nəfər xəsarətlə xəstəxanalara yerləşdirilib.

Xəbər xətti