Leysan yağışlar səbəbindən 50 mindən çox insanı təxliyə edilib

00:01 - 27 Avqust 2025 - DÜNYA

Pekin hakimiyyəti güclü yağışlar səbəbindən 50 mindən çox insanı təxliyə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 26-da Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

Beş rayonda daşqınla mübarizə üçün birinci səviyyəli fövqəladə tədbirlərə başlanılıb. Saat 19:00-a olan məlumata görə, şəhərdə ümumilikdə 58 min insan təxliyə edilib.

Qeyd olunur ki, mümkün daşqınlara vaxtında reaksiya vermək üçün Pekində 200 min nəfər növbətçilik edir.

Xəbər xətti