Ağdərədə meşəlik ərazidə yanğın başlayıb

20:34 - 25 Avqust 2025 - ÖLKƏ İÇİ

Ağdərədə növbəti dəfə yanğın hadisəsi qeydə alınıb.

Ucnoqta.az-ın məlumatına görə, rayonun Sırxavənd kəndi ərazisində yerləşən meşəlik ərazidə anidən yanğın başlayıb.

Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdərə, Ağdam və Tərtər rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğınla mübarizəyə yanğınsöndürən helikopterlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib

Xəbər xətti