Sumı şəhərinə PUA hücumu olub

00:02 - 25 Avqust 2025 - DÜNYA

Ukraynanın Sumı rayonunda pilotsuz təyyarənin hücumu nəticəsində bəzi yaşayış məntəqələrində işıq sönüb

Ucnoqta.az xəbər verir ki, bu barədə Sumıblenergo məlumat yayıb. Şəhərdə partlayışlar eşidilib.

Məlumata görə, Belopol və Vorojbyan icmalarının bir hissəsi işıqsız qalıb.

Təkrar hücum təhlükəsi qalmaqdadır. Təmir briqadaları təhlükəsizlik olan kimi enerji təchizatını bərpa etməyə başlayacaqlar.

Xəbər xətti