İsrail Sənadakı enerji obyektlərinə zərbə endirib

18:42 - 24 Avqust 2025 - DÜNYA

İsrail ordusu Yəmənin paytaxtı Sənada "Ənsar Allah" üsyançı hərəkatının husilərin nəzarətində olan enerji obyektlərinə silsilə zərbələr endirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, İsrail Yəmən Neft Şirkətinin (YPC) yanacaqdoldurma məntəqəsinə və “Həziz” elektrik stansiyasına hücum edib.
İsrailin yanacaqdoldurma məntəqəsinə endirdiyi zərbə nəticəsində azı 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Husilərin Müdafiə Nazirliyindəki Al Masirah mənbəsinin sözlərinə görə, üsyançıların hava hücumundan müdafiə qüvvələri İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin əksəriyyətinin hücumunu dəf edərək, onları Yəmənin hava məkanını tərk etməyə məcbur edib.

Xəbər xətti