Atom Enerjisi Beynəlxalq Agentliyinin (AEBA) ilk müfəttiş qrupu İrana qayıdıb və İslam Respublikasının nüvə obyektlərində işlərini bərpa etməyə hazırlaşır.
Ucnoqta.az xəbər verir ki, bu barədə AEBA-nin baş direktoru Rafael Qrossi Fox News-a müsahibəsində məlumat verib.
"MAQATE müfəttişlərinin birinci qrupu İrana qayıdıb. Biz bərpa etmək üzrəyik. İranda çoxlu obyektlər var, bəzilərinə hücum olub, bəzilərinə hücum olmayıb. Biz işimizin bərpasını asanlaşdırmaq üçün hansı praktik mexanizmlərin işə salınmalı olduğunu müzakirə edirik”, o, bildirib.