Cavid Qurbanovun oğlunun yerinə təyinat

14:41 - 16 May 2024 - SİYASƏT

Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinə yeni rəis müavini təyin edilib.

Ucnoqta.az qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, qeyd olunan idarənin rəis müavini vəzifəsi Əhmədov Rövşən Şirindil oğluna həvalə edilib.

R.Əhmədovdan əvvəl sözügedən idarənin rəis müavini rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun oğlu Şəmşir Şəmşirli idi. Ş.Şəmşirli bu yaxınlarda öz ərizəsi ilə vəzifəsindən azad edilib.

Xəbər xətti