Azərbaycanın 17 yaşadək (U-17) futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf turnirində bu gün növbəti oyununa çıxıb.
Ucnoqta.az xəbər verir ki, “ABFF Technical Center”də Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan İlham Yadullayevin yetirmələri 0:2 hesabı ilə uduzub.
Qeyd edək ki, U-17 turnir çərçivəsində ilk görüşdə Belarusun müvafiq yaş qrupundan ibarət komandasına 0:4 hesabı ilə məğlub olub. Azərbaycan yığması aprelin 28-də Tacikistan ilə görüşəcək.///report