Bu ölkələr siqaret çəkməyi qadağan edir və ya məhdudlaşdırıb

07:00 - 25 Aprel 2024 - DİGƏR

Dünyanın bir çox ölkələrində siqaretə qarşı gərgin mübarizə davam edir. Bəzi ölkələr siqaret satışına yaş məhdudiyyəti qoyur, bəziləri isə ictimai yerlərdə istehlakını qadağan edir. Siqaret çəkmək vərdişi demək olar ki, bütün dünyada ümumi problemdir. Son illər bir çox ölkələrdə çoxsaylı sağlamlıq problemlərinə səbəb olan bu zərərli vərdişlə mübarizə istiqamətində ciddi addımlar atılır. 

Ucnoqta.az xəbər verir ki, bununla bağlı son addım İngiltərədən gəldi. “Siqaretsiz nəsil” yaradılması təşəbbüsü çərçivəsində 2009-cu il yanvarın 1-dən sonra doğulanlara siqaret satışı qadağan edilib.

İngiltərənin siqaretlə bağlı bu qərarı geniş müzakirə olunsa da, bu, ilk deyil. Yeni Zelandiyadan Meksikaya qədər bir çox ölkədə oxşar qadağalar və ya məhdudiyyətlər var. Bəs ölkələr siqaretlə mübarizə üçün hansı addımları atıblar? 

Türkiyə siqaretlə mübarizədə lider ölkələrdən biridir

Türkiyə siqaretlə ciddi mübarizə aparan ölkələr sırasındadır. Əslində prezident Rəcəb Tayyib Ərdoğanın “Əvvəlcə siqaretlə əsl mübarizəyə siqaretsiz həyat şüarı ilə başladıq” sözləri bunun ən mühüm sübutudur. Prezident Ərdoğan siqaret çəkənləri tərgitməyə təşviq etməsi ilə tanınır. 

Türkiyədə siqaretlə mübarizə məqsədilə ilk dəfə 2008-ci ildə qapalı yerlərdə siqaret çəkməyə qadağa qoyulub. 2013-cü ildə qanuna sürücülərin siqaret çəkməsini qadağan edən maddə əlavə edilib. 18 yaşından kiçik şəxslərə siqaret satışının qadağan edildiyi Türkiyədə 2020-ci ildə siqaret paketlərinin cəlbedici və ya həvəsləndirici olmaması üçün vahid formada olmasına qərar verilib.

 

Meksikada siqaretə ən geniş və ən sərt qadağa qoyub. İlk dəfə 2008-ci ildə bar, restoran və ofislərdə siqaret çəkmək qadağan edilib. 2021-ci ildə bütün ictimai yerlər daxil edilib. Siqaret reklamlarının da qadağalardan payı var idi.

Dünyanın ilk siqaretsiz ölkəsi olmağı qarşısına məqsəd qoyan Butan 2004-cü ildə bütün ölkədə siqaretin satışını və istifadəsini qadağan edib.

İrlandiyada 2004-cü ildə bar və restoranlarda siqaret çəkmək qadağan edilib. 2009-cu ildə bu qadağa daha da genişləndirildi və bütün qapalı yerlərdə siqaret qadağası tətbiq olundu.

Norveç siqaretlə mübarizəyə ilk dəfə 1975-ci ildə başlayıb. Qüvvəyə minən qanunla siqaret reklamları tamamilə qadağan edildi. Siqaretin vergisi artırılıb, bağlamaların üzərinə xəbərdarlıq yazılıb. 2004-cü ildə ölkədə bütün ictimai yerlərdə siqaret qadağası tətbiq olunmağa başladı.

Yeni Zelandiyada 2008-ci ildən sonra doğulanlara siqaret satışı qadağandır

Yeni Zelandiya bütün ölkə üzrə siqareti aradan qaldırmaq üçün mühüm addımlar atıb. İş o yerə çatıb ki, 2008-ci ildən sonra doğulanların ömürlük siqaret və ya tütün məmulatı almayacağına qərar verilib.

Malayziyada ölkədəki bütün restoran və kafelərdə siqaret çəkmək qadağandır. Siqaret çəkmək istəyənlərdən restoran və kafelərdən 3 metr aralıda olmaları tələb olunur.

Avstriyada hər cür tütün, elektron siqaret və qəlyandan istifadəni əhatə edən qanuna görə, restoran və yeməkxana kimi bütün qapalı yerlərdə siqaret çəkmək qadağandır.

Avropada ən sərt siqaret qadağası olan ölkə Finlandiyadır. Ölkədə marketlərdə və bütün digər satış nöqtələrində siqaretin nümayişi tamamilə qadağandır. Qanunvericiliyə görə, 18 yaşına çatmamış şəxslərin tütün məmulatları gəzdirməsi cinayət sayılır. 2010-cu ildən bəri ictimai yerlərdə siqaret çəkilmir.

İsveç Avropanın ilk siqaretsiz ölkəsi olmağa hazırlaşır. 2019-cu ildən ölkədə, restoran və barlarda, həmçinin avtobus dayanacaqlarında, qatar platformalarında, xəstəxanaların və digər ictimai binaların girişlərində siqaret çəkmək qadağan edilib.

Niderlandda siqaret çəkməyə yalnız bütün restoran, kafe və barların ayrı-ayrı bölmələrində icazə verilirdi. Lakin son qərarla bu bölmələrin hamısı bağlandı və qadağa genişləndi. Yenə də siqaret satışı yalnız yanacaqdoldurma məntəqələri və tütün məmulatları satan mağazalarla məhdudlaşırdı.

 

Fransa ilk dəfə 2008-ci ildə bar və restoranlarda siqaret çəkməyi qadağan edib. 2032-ci ilə qədər ilk tütünsüz nəsil yaratmaq istəyən Fransa 2023-cü ildə bütün çimərliklərdə, ictimai parklarda, meşələrdə və məktəblərin yaxınlığında siqaret çəkməyi qadağan edib.

Latın Amerikası ölkəsi Uruqvay 2006-cı ildə ictimai yerlərdə siqaret çəkməyi qadağan etmək qərarına gəlib.

İslandiyada 2007-ci ildən bütün ictimai yerlərdə siqaret çəkmək qadağan edilib. Bundan əlavə, ölkədə tütün reklamı qadağandır. 

Kanadada əyalətlər arasında praktikada dəyişikliklər olsa da, iş yerlərində, restoranlarda, əyləncə məkanlarında və ictimai binalarda siqaret çəkmək qadağandır. O qədər ki, siqaret çəkən otaqlara belə icazə verilmir.

ABŞ-da qadağalar ştatlara görə dəyişir

2007-ci ildə Danimarkada ictimai binalarda siqaret çəkmək qadağan edilib. 

Avstraliyada qapalı məkanlarda, binaların girişlərində, çimərliklərdə və əhalinin sıx istifadə etdiyi küçələrdə siqaret çəkmək qadağandır.

Yaponiyada 2020-ci ildən etibarən qapalı yerlərdə siqaret çəkmək qadağandır. Müəssisələrdən qapalı yerlərdə siqaret çəkmək üçün ayrıca yerlər yaratmaq tələb olunur.

Xəbər xətti