Türkiyədə şagirdləri daşıyan avtobus qəzaya uğrayıb - xəsarət alanlar var - Foto

00:15 - 14 Oktyabr 2021 - HADİSƏ

Türkiyədə ağır yol qəzası olub.

Hadisə Nevşehirdə qeydə alınıb.

Belə ki, 81 əyalətdən olan şagirdləri daşıyan avtobus qəzaya uğrayıb. Qəza zamanı 44 nəfər xəsarət alıb. Onlardan 39-nun şagird olduğu bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.

Hadisə yerinə polis, xilasedicilər və təcili tibbi yardım cəlb edilib.///report


Xəbər xətti