Saatlıda yeniyetməni avtomobil vurub

16:58 - 13 Oktyabr 2021 - HADİSƏ

Saatlıda yeniyetməni avtomobil vurub.

Hadisə rayonun Qırağlı kəndində qeydə alınıb. “NİVA” markalı avtomobil yolu keçən kənd sakini, 2008-ci il təvəllüdlü Nuriyev Elşəni vurub. Nəticədə 13 yaşlı yeniyetmə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti