Kəlbəcərdə göldə boğularaq ölən zabit dəfn olundu - FOTO

Kəlbəcərdə göldə boğularaq ölən Azərbaycan Ordusunun zabiti torpağa tapşırılıb.

Ucnoqta.az report-a istinadən xəbər verir ki, kapitan İlham Fərzəliyev Göygöl rayon ərazisində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn olunub.

Mərasimdə şəhidin yaxınları, hərbçi yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.O, Göygöl rayonu Murovdağ qəsəbəsində yerləşən Kəlbəcər sakinlərinin qəbiristanlığında dəfn edilb.

Qeyd edək ki, İ.Fərzəliyev Kəlbəcər rayon Tövlədərə kənd sakinidir, ailəli olub və bir övladı var.

O, Vətən müharibəsinin iştirakçısı olub və “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Tarix
19 İyun 2021 [12:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-19 12:07:43
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin