İbtidai sinif şagirdindən Makrona gözlənilməz sual: “Şillə necə idi?”

Fransa Prezidenti Emmanuel Makron Somme bölgəsinin Poix qəsəbəsində ibtidai məktəbi ziyarət edib.

“Haber Global” məlumat verir ki, uşaqlarla söhbəti zamanı onlardan biri Makronu çağıraraq, “Sizə vurulan şillə necə idi?”, - deyə soruşub.

“Xoş bir şey deyildi. Yaxşı bir şey deyildi. Bunu məktəb həyətində belə heç vaxt bir-birinizə etməməlisiniz. Kimisə vurmaq heç vaxt olmaz. Onun etdiyi hərəkət səhv idi”, - deyə Fransa lideri məktəblinin sualına gülümsəyərək cavab verib.

Xatırladaq ki, Drom regionuna səfəri zamanı kütlə arasında olan Dmyen Tarel adlı şəxs Makrona etiraz edərək şillə vurub.

Valans məhkəməsi həmin şəxsin dörd ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar verib.///oxu.az

Tarix
18 İyun 2021 [17:45]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2021-06-18 17:45:35
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin