Ebeko vulkanı püskürüb

10:15 - 5 İyun 2021 - DÜNYA

Rusiyanın Kuril silsiləsinin Paramuşire adasında yerləşən Ebeko vulkanı tüstü püskürüb.

Ucnoqta.az Rusiya KİV-nə istinadən xəbər verir ki, tüstünün hündürlüyü 2,5 kilometrə çatır və tüstüsü cənubi-qərb istiqamətində 3 kilometr məsafəyə yayılıb.

Qeyd edək ki, 2016-cı il noyabr ayının ortalarında aktivləşən Ebeko vulkanı Paramuşir adasının şimal hissəsində yerləşir.

Xəbər xətti