İsmayıllının kənd yolları təmir olunur -Foto
15:36 - 15 Sentyabr 2020 - ÖLKƏ İÇİ
Sumağallı-Qalacıq avtomobil yolunun 0-4 kilometrlik hissəsində cari təmir işləri aparılır. Ucnoqta.az xəbər verir ki, yolda yaranmış qabarmalar aradan qaldırılır və çuxurlar doldurularaq dağılmış asfalt örtüyü yenidən bərpa olunur. İşlər “9 №-li Yol İstismarı” MMC tərəfindən həyata keçirilir.
Bundan əlavə Çayqovuşan kəndinin mərkəzi yolu texnika vasitəsilə düzləşdirilir və çınqıl materialı döşənir. Həmçinin, güclü yağışlar zamanı yaranmış sel sularının yola ziyan vurmaması üçün 6 yerdə su ötürücü borular quraşdırılır. Görülmüş işlərdə xeyriyyəçi kənd sakinləri yaxından iştirak edib. Növbəti mərhələlərdə qeyd olunan yola asfalt örtük döşənməsi nəzərdə tutulur.