Vergilər nazirinin sabiq müşaviri departament direktoru təyin olunub

15:05 - 5 Yanvar 2017 - Xəbər

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi olub. Vergilər naziri Fazil Məmmədovun büdcə proqnozlarının icrası üzrə keçmiş müşaviri Habil Məmmədov Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamentinin baş direktoru təyin edilib. Qeyd edək ki, Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin yerində Vergilər Nazirliyi yanında Xüsusi Gəlirlər Departamenti yaradılıb.

Həmçinin, nazirin əmrinə əsasən, Sərxan Murad oğlu Məmmədov yeni yaradılan Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamentinin baş direktoru təyin edilib.

Qeyd edək ki, Bakı şəhəri Kiçik sahibkarlıqla iş Departamenti Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin yerində yaradılıb.

Xəbər xətti