Xaçmaz sakini ayağından güllələnib.Ucnoqta.az saytı Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Xaçmaz rayonunun Gülalan kəndində yaşayan Mənsur Camalov həyətində ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılan atəşdən ayaq nahiyəsindən xəsarət alıb.O, xəstəxanaya yerləşdirilib.Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ondan müvafiq sənədləri olan "İJ-16" markalı tüfəng götürüblər.