Bakı sakininə qarşı 1 mln manatdan çox dələduzluq edilib

17:08 - 3 Yanvar 2017 - Xəbər

Nərimanov rayonunda külli miqdarda dələduzluq faktı qeydə alınıb.“Report” xəbər verir ki, Bakı şəhər sakini 1968-ci il təvəllüdlü Ramiz Mansurov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2016-cı ilin yanvar ayından iyun ayınadək Şəmistan, Sərxan, Çingiz, Ədalət, Vidadi, Gündüz, Ceyhun və Hafiz adlı şəxslər onun etibarından sui-istifadə edərək 474 min manat və 540 min ABŞ dolları dəyərində tikinti materialları alıb indiyədək pulunu odəməyiblər.Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti