Ərməniyyə bir türk dövləti idi

18:50 - 14 Oktyabr 2016 - KİVDF

Erməni – haylar da bu ölkədə əhəmiyyətsiz bir azlıq kimi yaşayırdı

Dövrümüzədək ulaşan Parfiya sikkələrinin üzərindəki yazılar da eyni əlifba ilə – 22 hərfli (saitlər işarə olunmurdu) arami əlfbası ilə yazılmışdır. Sonralar farslar (Sasanilər) bu əlifbanı parfiyalılardan qəbul edərək, öz dillərinə (orta fars, tat) uyğunlaşdırmışdılar. İrəlidə görəcəyimiz kimi, Parfiya əlifbası və yazı sistemi V əsrə qədər Albaniyada və Xəzər xaqanlığında keçərli olmuşdur. Çox – çox sonrakı dövrlərdə Ərməniyyə (əski Urartu) ərazisinə köç edərək buranın türk, yəni sak əhalisinin tarixinə sahib çıxan erməni (hay) tarixçiləri Ərməniyyə əhalisinin tarixindən, ilk növbədə də onun türk mənşəli şahlarının şəcərəsindən danışarkən, eynən alban tarixçisi Musa Kağankatlı və Xəzər xaqanı İosif kimi, bu şəcərə ağacını türklərin ulu babası hesab edilən Yafəslə (Olcayla) başlamış, Toqarmanın da adını çəkməyi unutmamışlar. Mövzu ilə bağlı Firidun Ağasıoğlu haqlı olaraq yazır: “Məsələn Ərmən ölkəsinə (Ərməniyyəyə) hayların (bugünkü ermənilərin) ilkin ata yurdu yox, ikinci ata yurdu demək olar… Nuh əfsanəsinin hay versiyasındakı “Yafet (Yafəs, Olcay) → Qamer → Tiras →Torqom (Toqarma) → Hayk” soy şəcərəsinin (Xorenatsi, l. Xll) haylardan əvvəl verilən boyların yerli miflərinə kökləndiyini düşünmək olar, belə ki, Haykın saqa (sak) boyları qamər, tiras və Xəzər xaqanı İosifin məktubundakı xəzər soykökü Toqarma (Torqom) boylarından sonra verilməsi də onu göstərir ki, haylardan qabaq Ərmən ölkəsində həmin türk boyları yaşamışlar”.
Tarixçi Bəxtiyar Tuncay yazır: "Hay (erməni) tarixçisi M. Xorenatsinin tarix kitabında Ərməniyyənin haylaraqədərki tarixi ilə bağlı aşağıdakı sözləri də çox maraqlıdır: “Bizim ilk hökmdarımız, Varbak (Maday – Midiya hökmdarlarından birinin erməni – hay mənbələrindəki adıdır) tərəfindən təyin edilən Skayordinin (Skayordi hay – erməni dilində “sak oğlu” deməkdir) oğlu Paruyr  idi”.M. Xorenatsinin sözlərindn belə məlum olur ki, Ərmniyyənin, yəni əski Urarunun midiya tərəfindən işğalından sonrakı hökmdarlar (məliklər) sülaləsi sak, yəni türk əsilli idilər. Eyni müəllifin Şərq ölkəsinin, Albaniyanın hökmdarı haqqında söylədikləri də diqqətəlayiqdir: “Vağarşak Haykakın nəvəsi Paskamın soyundan qabarq cizgili sifəti, dik burnu, batq gözü, vəhşi baxışı, hündür boyu ilə seçilən, lakin idbar görkminə görə Angeğ – Tun adlanan Torku (Türkü) Şərq ölkəsinin hökmdarı təyin etdi. Əgər istəsən sənə onun haqqında ağlasığmaz hekayələr danışaram. Necə ki, farslar Saqcik Rüstmdə 120 fil gücü olduğunu deyirlər, Onun haqqındakı nəğməlrdə də elə igidlik və qoçaqlıqdan bəhs olunur ki,  bunları nə Samson, nə Herkules, nə də Saqcik haqqında demək olmur”.
Maraqlıdır ki, M. Xorenatsi həmin qəhrəmanlıqlardan söhbət açarkən Təpəgöz haqqında məşhur türk – oğuz mifini danışır. Çox güman ki, tarixçi bu halda e.ə Vll əsrdə baş vermiş hadisədən – Quzey Azrbaycanda Alp Ər Tonqanın başçlığı altında işkuzlarn (İç Oğuz) hakimiyyətinin bərqərar olmasından söhbət açmışdır. Yeri gəlmişkən qeyd edək ki, erməni (hay) tarixçisi, Torkdan (Türkdən) danışarkən, Paskamın, yəni Pəşəngin, eləcə də Saqcik Rüstəmin adını da çəkir ki, bu da söhbətin Alp Ər Tonqanın şəcərəsindən getdiyini təsdiqləyir. Məsələ burasndadır ki, 1259 – cu ildə qələmə alınmış “Təbakəti – Nəsəri” adl əsərdə də bənzər şəcərənamə yer almaqda, orada Əfrasiyab adı altında Alp Ər Tonqadan da söz açılmaqdadır. Həmin kitabda deyilir ki, Əfrasiyab (Alp Ər Tonqa) Bəşəncin (Pəşəng, Paskam), Bəşənc Rüstəmin, Rüstəm isə Türkün oğludur. M. Xorenatsinin sözügedən əsərində dolayısı ilə Alp Ər Tonqa ilə bağlı olan başqa bir türk mənşəli əfsanə də yer almaqdadır. Söhbət Altay türklərində “Alp Manaş”, özbəklərdə isə “Alpamış” adı ilə məşhur olan dastanın süjeti ilə üst – üstə düşən bir süjetdən gedir. Bu süjetdə əsərin qəhrmanı Majan adlanır. “Kitabi – Dədə Qorqud”un Bamsı Beyrəkdən söz açılan boyu ilə səsləşən həmin süjetin Altay və özbək süjetləri ilə eyniliyi məsələsinə ayrı – ayrı vaxtlarda V. Jimunskiy və M. H. Tantəkin toxunmuşlar. Eyni əfsanənin Firdovsi tərəfindən qeydə alınmış variantında (Bijən və Mənijə) həm Kiaksarın (Keyxosrov), həm də Alp Ər Tonqanın (Əfrasiyab) adına rast gəlinir. Firdovsinin yazdığına görə, Ərməniyyə elçiləri Keyxosrovun yanına gələrək ölkələrini basmış donuz sürülərindən onları xilas etmələrini xahiş edirlər. Keyxosrov bu məqsədlə Bijəni Ərmniyyəyə göndərir. Gərgini ona bələdçi kimi qoşur. Ərməniyyəni düşdüyü fəlakətdən xilas edən Bijən Gərgidən Turan şahı Əfrasiyabın qızı, gözəllər gözəli Mənijə barədə eşidir və görmədən qıza aşiq olur. Onun ardınca Turana yola düşür. Burada Əfrasiyab onu zindana salır və Rüstəm gəlib onu xilas edənə qədər zindanda qalır. Bu müddətdə Mənijə ona həmişə baş çəkir. Sonda o, Mənijə ilə birlikdə öz ölkəsinə dönür. Maraqldır ki, həm Musa Kağankatlı, həm Pamfila oğlu Yevseviy, həm Portlu İppolit, həm də hay (erməni) tarixçiləri türklərin ulu babası hesab edilən Yafəsin soyunun hakim olduğu ölkələrdən söz açarkən, Midiya, Atropatena və Albaniya ilə yanaşı Ərməniyyənin də adını çəkmişlər. Eyni fikrə dolayısı ilə Əl -İstəhridə (X əsr) də rast gəlirik: “Azərbaycan, Ərməniyyə və Arranın dili ərəb və əcəm (Azərbaycan türkcəsi) dilləridir. Yalnız Dəbil şəhəri istisnadır. Orada və ətrafda erməni dilində danışırlar…”
Bəzi tədqiqatçılar buradakı “əcəm” (ərəb olmayan) sözünü “fars dili” kimi tərcümə etməklə mövzunu sapdırmağa çalışmışlar. Halbuki, ərəblər həm farslar, həm də azərbaycanlıları “əcəm” adlandırmışlar. Əcəmləri isə “fars əcəmlri” və “azəriyyə (Azərbaycan) əcəmləri” deyə bir – birlərindən fərqləndirmişlər. Bu məlumatdan göründüyü kimi, hətta X əsrdə Ərməniyyədə (Van gölü və ətrafı) türk dili əsas dil olmuş, erməni dilində isə sadəcə Dəbil və ətrafında danışılmışdır. Lakin Əl – İstəhrinin “erməni dili” kəlməsini hansı anlamda işlətdiyi məlum deyil. Çünki bu şəxs əsərinin başqa bir yerində ermənilərdən xəzərlərin bir qolu kimi söz açmaqdadır. Əgər bu halda haylar nəzərdə tutulmuşsa belə, onların sadəcə Dəbildə yaşadıqlarını tam əminliklə söyləmək olar. Fakt isə budur ki, Mahmud Kaşğarlının (Xl) xəritəsində bütün Qafqaz ərazisi “Dərbənd – Xəzəran” (Xəzərlər ölksi) kimi qeyd edilmiş, Azəbaycan isə həmin ərazidən cənubda göstərilmişdir. Bu xəritədə nə “Ərməniyyə”, nə də “Gürcüstan” adlarına rast gəlinmir. Anadolunun şərqində oğuz türklərinin bir boyu olan beçeneqlərin adı yazılmışdır.
Dəbil əski Ərməniyyənin tərkib hissəsi idi. Bütövlükdə Ərməniyyə bir türk dövləti idi. Erməni – haylar da bu ölkədə əhəmiyyətsiz bir azlıq kimi yaşayırdılar və təbii ki, onu öz ölkələri və dövlətləri sayırdılar. Tarix kitablarında da Ərməniyyəni öz ölkələri və dövlətləri adlandırmışlar. Lakin bu heç də o demək deyil ki, həmin dövlət bir hay dövləti idi. Necə ki, bu gün çukçalar vətəndaşı olduqları Rusiyanı öz dövlətləri hesab edirlər və rusiyalı adlanırlar, haylar da erməni, yəni ərməniyyəli adlandırılırdılar. Fakt isə budur ki, ermənilər özlərini “erməni” yox, “hay” adlandırırlar. Ölkələrinə də “Hayastan” deyirlər. Maraqlıdır ki, XX əsrin əvvəllərində Azərbaycan türkcəsində də ermənilərin yaşadıqları ərazilər “Ərmniyyə” və ya “Ermənistan” adı ilə deyil “Hayastan” adı ilə tanınmışdır. Bu baxımdan deyilənlərə ən gözəl sübut A. Abeeğyan adlı bir erməninin “İrşad” qəzetinin 27 fevral 1906 – cı il tarixli nömrəsində dərc edilən və Azərbaycan türkcəsində qələmə alınmış məqaləsidir: “Tarix bizi bir böyük millət ilə birləşdiribdir. O da bizim babalarımızın xahişi ilə Rusiya dövlətindən ibarətdir ki, bizi dirilik zəmininə və siyasətinə və tayfamızın çoxalıb artmaq dərəcəsinə yetiribdir. Nə qədər Qafqaz sərhəddində və bizim Hayastanda (“Hayastanın” Qafqaz səhədlərindən kənarda göstərilməsi diqqətçəkicidir) onun hökuməti qaimdir, biz ümid edə bilərik ki, dirilik edib artaq. Hərgah məzkur hökumət məhv olsa, o vaxt hamımız yüz il bundan qabaqkı qaydaya düşər”.
Görünən budur ki, qədim ərməni xalqının adını (erməni) haylara siyasi məqsədlərlə ruslar şamil etmişlər, yalnız bundan sonra “erməni” etnonimi bizim dildə də rus dilinin təsiri ilə “hay” adının sinoniminə çevrilmişdir. Ərməniyyə, Azərbaycan və Aranda eyni dildə danışıldığı barədə Əl – İstəhrinin dediklərini tanınmış türkiyəli alim Fuad Köprülünün sözləri də təsdiqləyir. Bu böyük alim tarixi Ərməniyyənin vaxtilə yerləşdiyi Şərqi Anadolunun şivəsi barədə yazmışdır: “… Şərqi Anadolunun ədəbi dili, bu sahələr Osmanlı dövləti tərəfindən fəth edilincəyə qədər, Azəri ləhcəsi idi. Və indiyə qədər də həmin ərazidə Azərbaycan dili şivələri işlənir.”
(ardı var)

 

Xəbər xətti