36 və 81 nömrəli avtobusların sürücüləri insanların həyatını təhlükəyə ataraq özbaşınalıq ediblər
Bakıda 36 və 81 nömrəli avtobusların yarışa çıxmasını əks etdirən görüntülər yayılıb. Kadrlardan da məlum olduğu kimi, sentyabrın 14-də, saat 19.08 radələrində 36 və 81 nömrəli avtobusların sürücüləri dayanacağa daha tez çatmaq üçün təhlükəli hərəkətlərə əl ataraq ötüşürlər. Onlar hətta bir-birlərinə və ətrafdakı avtomobillərə qəza şəraiti də yaradırlar. Özbaşınalıq o dərəcəyə çatıb ki, "Daewoo" markalı, 10 TG 534 dövlət nömrə nişanlı avtobusun sürücüsü dayanacaqda sərnişin götürəndən sonra onun hərəkətlərinə etiraz edən sürücülərin yolunu kəsir. O, qarşı tərəf boş olduğu halda asta sürətlə hərəkət edərək sanki həmin sürücülərə acıq verir.avtosfer