Azərbaycanda referendum yaxşı təşkil olunub. APA-nın məlumatına görə, bunu Belçika Polis üzrə Araşdırma Mərkəzinin əməkdaşı Qilis Bordo deyib. O bildirib ki, indiyədək 10 seçki məntəqəsini ziyarət edib: “İnsanlar işlərini peşəkarlıqla icra edirlər. Məntəqələrdə yerli müşahidəçilər var idi. İndiyə qədər proses normal davam edir. Qeyd etmək istərdim ki, qadın seçicilər daha çox fəallıq göstərir”.