"Yenidənqurma işləri aparılan Biləcəri Dəmiryolu Stansiyasında təmir-tikinti işləri yekunlaşıb. Stansiyanın istismara verilməsi barədə əvvəlcədən məlumat veriləcək."
Bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.
"Biləcəri Dəmiryolu Stansiyasında tariflər məsələsi həll edilməli, həmçinin zəruri texniki avadanlıq, habelə əlavə 2 qatar alınmalı idi. Təmir işləri indi başa çatıb", - deyə C.Qurbanov vurğulayıb.
Qeyd edək ki, stansiyada təmir-bərpa işlərinə ötən ildən başlanılsa da, bu proses müvəqqəti olaraq dayandırılmışdı.