Braziliya prezidenti iqamətgahını tərk edib

11:33 - 7 Sentyabr 2016 - Xəbər

Dövlət başçısı vəzifəsindən devrilmiş Dilma Rousseff Braziliya prezidenti iqamətgahını tərk edib. BBC xəbər verir ki, Roussefflə vidalaşmaq üçün Zəhmətkeşlər Partiyasından olan partiya tərəfdarları, konqresmenlər, eləcə də sabiq nazirlər gəlib.

Braziliya senatorları Dilma Rousseffi bir həftə öncə deviriblər. Onun istefası üçün minimum 54 səs tələb olunduğu halda, 61 senator səs verib. 

Senatorlar Dilma Rousseffi büdcə qanunvericiliyinin pozulmasında - əsasən də onun 2014-cü ildə seçki kampaniyası dövründə ölkə büdcəsində çatışmazlığın həqiqi ölçüsünü gizlədilməsində ittiham ediblər. Rousseffin özü günahkar olmadığını bildirib, rəqiblərini isə siyasi fırıldaqçılıqda və dövlət çevrilişinə cəhddə ittiham edib.

Rousseffin prezidentlik müddəti bitənə - 2019-cu ilin yanvar ayının 1-nə qədər prezidentin vəzifəsinin icrasını ölkənin vitse-prezidenti və Rousseffin sabiq müttəfiqi Mişel Temer yerinə yetirəcək.

Xəbər xətti