Suriya paytaxtının cənub-qərbindəki El-Mezza bölgəsində güclü partlayış baş verib.
Ucnoqqta.az xəbər verir ki, bu barədə “Sham” telekanalı məlumat yayıb.
İlkin məlumatlara görə, jurnalistə məxsus avtomobil partladılıb.
Hazırda ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Həlak olanlar və yaralananlar barədə hələlik məlumat verilməyib.