Ukrayna tikinti lisenziyalarının tanınması haqqında MDB sazişindən çıxmaq qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.
Melniçuk bildirib ki, tikinti fəaliyyətinə lisenziyaların qarşılıqlı tanınması haqqında Sazişdən çıxmaq haqqında qanun layihəsi təsdiq edilib.
Müqavilə 1997-ci il martın 27-də Moskvada imzalanıb və 1998-ci il martın 5-də Ukrayna tərəfindən ratifikasiya edilib.