Cənub-qərbdəki Bəlucistan əyalətinin Kvetta şəhərində kamikadzenin törətdiyi partlayışda 15 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Geo TV regional səhiyyə nazirliyinin məlumatlarına istinadən məlumat yayıb.
Verilən məlumata görə, xəsarət alan 38 nəfərdən 8-nin müalicəsi tibb müəssisələrində davam etdirilir. Hadisəni araşdırmaq üçün xüsusi istintaq qrupu yaradılıb. Regional terrorla mübarizə idarəsinin nümayəndəsinin sözlərinə görə, naməlum şəxslərə qarşı cinayət işi açılıb.