Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Pekində keçirilən bayram mərasimində salamlaşma əlaməti olaraq əl sıxıblar, lakin onlar arasında heç bir əsaslı ünsiyyət olmayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
“Onlar Əliyevlə salamlaşıb, əl sıxıblar, amma mahiyyət etibarı ilə heç bir əlaqə olmayıb" - Peskov bildirib.