Ağsuda qəsdən yanğın törədən şəxs müəyyən edilib.
Ucnoqta.az xəbər verir ki, Nəvahi kəndi ərazisində yanğını törədən kənd sakini 1951-ci il təvəllüdlü Mahir Qaniyev imiş.
O törətdiyi əməli etiraf edib.
Faktla bağlı toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.