Qəbiristanlıqlarda yanğına səbəb olanlar saxlanılıblar

10:25 - 3 Sentyabr 2025 - HADİSƏ

Sentyabrın 1-2-də Qazax və Tovuz rayonlarındakı qəbiristanlıqlarda yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, 24 yaşlı Qazax rayon sakini Məhəmmədəli İsmayılovun və 39 yaşlı Elsevər Umarovun ocaqla ehtiyatsız davranması nəticəsində sözügedən qəbiristanlıqlarda 8 sot və 0.3 ha ərazi yanıb.

Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Xəbər xətti