Meksika sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 202 min insanın yaşadığı Tapaçula şəhərindən 229 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.