Ucnoqta.az
www.ucnoqta.az

Meksika sahillərində 5,8 bal gücündə zəlzələ olub

06:45 - 11 Avqust 2025 tarixində dərc olunub.

Meksika sahillərində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 202 min insanın yaşadığı Tapaçula şəhərindən 229 km cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 9 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Müəllif: Ucnoqta.az redaksiyası