Tramp Putin və Si Cinpini Moskva və Pekini bombalamaqla hədələyib - CNN

10:09 - 9 İyul 2025 - DÜNYA

ABŞ-nin hazırkı prezidenti Donald Trampın seçki kampaniyasının sponsorları ilə görüşündə Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Çinpinlə söhbətlərini xatırladan 2024-cü ilə aid audioyazı ortaya çıxıb.

Ucnoqta.az xəbər verir ki, səs yazısını CNN yayımlayıb.

Putin və Si Çinpinlə danışıqlarda Rusiya qoşunlarının Ukrayna sərhədini keçəcəyi və Çinin Tayvana hücum edəcəyi təqdirdə birbaşa bombardmanla hədələri də yer alıb.

Tramp səs yazısında "Mən Putinə dedim: "Ukraynaya girsən, Moskvanı cəhənnəmə bombalayaram. Sənə deyirəm, mənim seçimim olmayacaq".

Siyasətçinin sözlərinə görə, Putin ona inanmadığını cavablandırıb. Bununla belə, Tramp Rusiya liderinin ona “10%” inandığını iddia edir.

Si Çinpinlə görüş zamanı Tramp ona deyib ki, Çin Tayvana hücum etsə, ABŞ “Pekini cəhənnəmə bombalayacaq”.
Ağ Ev rəhbərinin sözlərinə görə, Çin lideri "dəli olduğunu" düşünüb.

"Mən dedim ki, başqa yolum yoxdur, səni bombalayacağam. Biz Pekini bombalayacağıq", - Amerika lideri bildirib.

Tramp iddia edir ki, Si Çinpin də “təxminən 10 faiz” inanırdı.

Xəbər xətti