69 yaşlı kişi quyuya düşdü

13:50 - 8 İyul 2025 - Cəmiyyət

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

Ucnoqta.az xəbər verir ki, iyulun 6-sı saat 22 radələrində 1956-cı il təvəllüdlü Rza Əhəd oğlu Nəcəfov yaşadığı Fatmayı qəsəbəsindəki evin yaxınlığında boş quyuya düşüb.

Müxtəlif dərəcəli xəsarətlər alan 69 yaşlı kişi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı araşdırmalar aparılır.

Xəbər xətti