İspaniyanın "Barselona" futbol klubu polşalı qapıçı Voyçex Şesni ilə müqaviləni uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə yeni müqavilə iki mövsümlükdür.
Şesni 2024-cü ilin oktyabrında "Barselona"ya gəlib.
O, İspaniya klubunun heyətində 30 oyun keçirib və bu oyunda 14 dəfə qapını toxunulmaz saxlayıb. "Barselona"nın tərkibində polyak İspaniya çempionu olmaqla yanaşı, ölkə kubokunun və superkubokunun qalibi olub.