İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060-a çatıb

00:04 - 8 İyul 2025 - DÜNYA

İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1060 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə bazar ertəsi İslam Respublikasının Şəhidlər və Qazilər Fondunun sədri Səid Ohadi bildirib.

“Bu axşam saatlarına kimi İsrail rejiminin İrana hücumu nəticəsində həlak olan 1060 nəfəri dəfn etdik" - İran dövlət televiziyasında rəsmi açıqlama verib.

Bundan əvvəl İslam Respublikası ərazisində gedən döyüşlərdə 935 nəfərin öldüyü bildirilirdi.

Xəbər xətti