İsrail husilərə qarşı əməliyyata başladı

09:41 - 7 İyul 2025 - DÜNYA

İsrail 2023-cü ildə Ənsar Allah hərəkatının husi üsyançılarının ələ keçirdiyi “Galaxy Leader” yük gəmisi ilə yanaşı, hava qüvvələrinin üç Yəmən limanına hücum etdiyi “Qara Bayraq” əməliyyatına başlayıb.

İsrailin müdafiə naziri İsrael Katz sosial şəbəkə hesabında yazıb. Katz hazırkı vəziyyəti İsrailin İrana son zərbələri ilə müqayisə edib. O, Hudeyda, Ras İsa və Əs-Salif limanlarının husilərin nəzarətində olduğunu bildirib. 

 "Yəmənin taleyi Tehranın taleyi ilə eynidir. İsrailə qarşı qaldıran hər kəsin əli kəsiləcək" müdafiə naziri qeyd edib. 

Nazir bildirib ki, “Husilər öz əməllərinə görə yüksək qiymət ödəməyə davam edəcəklər”.

Xəbər xətti