Rusiyada minlərlə sərnişin hava limanlarında qalıb

10:55 - 7 İyul 2025 - DÜNYA

Rusiyanın hava limanlarında gecikmə davam edir.

Ucnoqta.az xəbər verir ki, 7 mindən çox sərnişin hələ də Sankt-Peterburqdan uça bilmir.  Moskvada da gecikmələr var, insanlar yerdə yatırlar. Təyyarələrin gecikməsinə səbəb PUA təhlükəsidir

Hazırda Pulkovoda 100-dən çox reys - 2 saatdan 6 saata qədər təxirə salınıb, daha 30-a yaxın reys isə ləğv edilib. 80-dən çox təyyarə alternativ hava limanlarına göndərilib. İnsanlar su və yeməklə təmin olunurlar. 

Moskvada 30-a yaxın reys gecikib və ya ləğv edilib.
Leninqrad vilayətinin Lujski rayonunda gecə saatlarında üç pilotsuz təyyarə vurulub. Moskvada 8 PUA məhv edilib.

Xəbər xətti