“Sumqayıt” komandasının yeni baş məşqçisi məlum olub.
Klubdan Ucnoqta.az-a verilən məlumata görə, bu vəzifəyə serbiyalı mütəxəssis Saşa İliç gətirilib.
Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.
Saşa İliç son olaraq Rusiyanın “Pari NN” komandasına rəhbərlik edib.