İşdən çıxarılan nazirin avtomobildə meyiti tapıldı

17:28 - 7 İyul 2025 - DÜNYA

Keçmiş nəqliyyat naziri Roman Starovoit Odintsovoda şəxsi avtomobilində intihar edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

"Bu gün Odintsovo şəhər rayonunda keçmiş nəqliyyat naziri Roman Vladimiroviç Starovoitin şəxsi avtomobilində güllə yarası ilə meyiti tapılıb. Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları hadisə yerində hadisənin baş vermə şəraitini müəyyənləşdirir. Əsas versiya intihardır", - o bildirib.

Starovoit iyulun 7-də səhər saatlarında prezidentin sərəncamı ilə işdən çıxarılıb.

Xəbər xətti