İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ən azı 78 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Nəşr Qəzza Səhiyyə Nazirliyinə istinadla həmçinin qeyd edib ki, son bir neçə həftə ərzində İsrail və ABŞ-ın dəstəklədiyi Qəzza Humanitar Fondunun (GHF) obyektləri yaxınlığında ən azı 743 fələstinli həlak olub, 4800-dən çox insan yaralanıb.