Bir çox ölkələr İsraillə münasibətləri normallaşdıracaq - Tramp

13:50 - 4 İyul 2025 - DÜNYA

Bir çox Yaxın Şərq ölkələri İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan İbrahim razılaşmalarına qoşulacaq.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri ABŞ prezidenti Donald Tramp deyib.

"Məncə, çoxları İbrahim razılaşmalarına qoşulacaq" - o, deyib.

Tramp həmçinin bildirib ki, bu məsələ iyulun 3-də Ağ Evdə Səudiyyə Ərəbistanının müdafiə naziri şahzadə Xalid bin Salman Əl Səudla baş tutan görüşdə müzakirə olunub.

Xəbər xətti