Futbol üzrə Nigeriya milli komandasının sabiq qapıçısı Peter Rufai 61 yaşında vəfat edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Nigeriya millisinin mətbuat xidməti məlumat yayıb.
Rufainin ölüm səbəbi barədə məlumat verilmir.
Rufai Nigeriya millisinin tərkibində 1994-cü ildə Afrika Millətlər Kubokunu və 1998-ci ildə turnirin gümüş mükafatçısı olub.
O, iki dünya çempionatında iştirak edib. 1994-cü il Afrika Kubokunun seçmə turnirində qapıçı Efiopiya yığması ilə qarşılaşmada (6:0) qol vurub.