Xalq artisti Rusiyadakı konsertini LƏĞV ETDİ

10:00 - 3 İyul 2025 - Xəbər

Xalq artisti Emin Ağalarov Rusiyada planlaşdırılan konsertini təxirə salıb.

Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, iş adamı iyulun 6-da Svetloqorsk şəhərində konsert verməli idi.

Emin özü məlumat yayaraq konsertin 2026-cı il iyulunda keçiriləcəyini yazıb. 

Əlavə olunub ki, konsertə alınan biletlər yeni tarixdə keçərli olacaq və ya istəyən onu geri qaytara bilər.

Xatırladaq ki, bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Denis Maydanov bildirib ki, Rusiya Emin Ağalarovun və digər azərbaycanlı sənətçilərin və musiqiçilərin konsertlərinə qadağa qoymayacaq.

Onu da deyək ki, Rusiya Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) azərbaycanlı iş adamı Araz Ağalarova qarşı icraata başlayıb.

Xəbər xətti