Somalinin paytaxtında hava limanında sursat daşıyan hərbi helikopterin qəzaya uğraması nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə helikopterin sahibi olan Uqanda ordusunun nümayəndəsinin açıqlamasında bildirilir.
Məlumata görə, qəzaya uğrayan helikopterin yanında olan üç nəfər də daxil olmaqla, daha altı nəfər xəsarət alıb. Bundan əvvəl 3 nəfərin öldüyü bildirilirdi.
Helikopterdə altısı ekipaj üzvü olmaqla səkkiz nəfər olub. Pilot, ikinci pilot və bort mühəndisi xəstəxanaya yerləşdirilib.
Balidoqledəki (Aşağı Şabelle bölgəsi) hərbi-hava bazasından havaya qalxan Mi-24 helikopteri Moqadişu Beynəlxalq Hava Limanı ərazisində qəzaya uğrayıb.
Uqanda ordusunun sözçüsü Feliks Kulayiqinin sözlərinə görə, helikopterdə döyüş sursatı olub.
Somali Guardian-ın məlumatına görə, helikopter qəzaya uğradıqdan sonra partlayış olubvə yanğın baş verib. Helikopter Afrika İttifaqının Somalidə yerləşdirilmiş sülhməramlı qüvvələrinin bir hissəsi idi.