Veşoviç “Qarabağ”dakı karyerasından danışdı: "Klubun iddiaları ..."

17:28 - 4 İyul 2025 - İDMAN

Bir müddət əvvəl “Qarabağ”dan ayrılan Monteneqro millisinin müdafiəçisi Marko Vesoviç Azərbaycandakı karyerasını yada salıb.

Ucnoqta.az xəbər verir ki, “Vijesti” nəşrinə danışan 33 yaşlı futbolçu “Qarabağ”da son dövrlərin onun üçün darıxdırıcı keçdiyini deyib:

“Qarabağ”da dörd uğurlu və gözəl il keçirdim. Klubun iddiaları mövsümdən-mövsümə artdığı üçün çətin idi. Amma komandanın həm çempionatda, həm də avrokuboklarda nəticələri yaxşı idi. Dörd dəfə çempion olduq, demək olar ki, bir o qədər də “qızıl dubl” etdik, həm də Avropa Liqasının 1/8 finalına yüksəldik. Hər iki matçda yalnız əlavə vaxtda qol buraxaraq, mübarizədən kənarlaşdırıldıq.

Klub böyüdükcə mən də futbolçu kimi böyüdüm. Amma mənim üçün darıxdırıcı oldu. Yeni motivasiyaya ehtiyacım olduğunu hiss etdim və yoluma davam etmək qərarına gəldim. Klubdakı hər kəsə təşəkkür edirəm və onlara ən yaxşısını arzulayıram”.

Xəbər xətti