Qazaxıstanın cənubunda zəlzələ baş verib

15:24 - 8 İyul 2025 - DÜNYA

Qazaxıstanın cənubundakı Jambil vilayətində güclü zəlzələ baş verib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Milli Seysmoloji Müşahidələr və Tədqiqatlar Elmi Mərkəzi məlumat yayıb. Qeyd olunur ki, on iki yaşayış məntəqəsinin sakinləri 2-6 bal arasında təkan hiss ediblər.

Zəlzələnin episentri Qazaxıstanda, Almatıdan 334 km cənub-qərbdə yerləşib.

Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xəbər xətti