Suraxanıda yanğın olub

18:35 - 8 İyul 2025 - HADİSƏ

Paytaxtın Suraxanı rayonunda, Zığ şosesi yaxınlığındakı açıq ərazidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə yanğın baş verməsi barədə məlumat daxil olub.
Yanğın Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Xəbər xətti